• Zərif tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 55 815

Tarix : 14-11-2014, 21:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

200 q kərə yağı və ya marqarin
250 q şəkər tozu
7 yumurta
10 q qabartma tozu (yaxud 1,5 ç.q. söndürülmüş soda)
400 q un
100 q tünd şokolad

Krem üçün:
500 ml süd
3 ç.q. manna yarması
100 q kərə yağı
150 q şəkər tozu
1 limon
Zərif tort resepti - FOTO RESEPT


Hazırlanması:
Əvvəlcə kremi hazırlayın, çünki o, ən azı bir saat soyuducuda qalmalıdır.
Südü ocağın üstə qoyun. Qaynayanda yavaş-yavaş mannanı tökün. Vam odda, daim qarışdıraraq 15 dəqiqə bişirin. Sonra ocaqdan götürüb soyudun.

Limonun qabığını sürtgəcin xırda gözündən keçirin (sedra üçün). Limonun özünü isə sıxıb şirəsini və sedrasını manna sıyığına əlavə edin.

Yağı şəkər tozu ilə çalın. Bunu manna sıyığı ilə birləşdirib mikserlə çalın. Çox da qatı olmayan krem alınacaq. Kremi bir saatlığa soyuducuya qoyun.

Korjları hazırlamaq üçün: Yağı şəkər tozu ilə çalın. Yumurtaları çalın və çalınmış yağla birləşdirin, yaxşıca qarışdırın. Qabartma tozu və un əlavə edərək xəmir yoğurun.
Şokoladı əridin.

Xəmiri iki yerə bölün. Birinə şokolad əlavə edib qarışdırın. Sonra bunları ayrılıqda yağlanmış sinidə 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin (bir açıq rəngli və bir şokoladlı korj). Korjun bişib-bişmədiyini diş və ya kibrit çöpü ilə yoxlaya bilərsiniz. Çöpü korja batırın, çıxaranda qurudursa, üstünə xəmir yapışmayıbsa, deməli, korj tam bişib.

Hazır korjları ortadan bölün. Korjları biri tünd, biri açıq rəngli olmaqla növbələyərək aralarına krem çəkməklə üst-üstə düzün. Tortu 8-10 saat saxlayın ki, özünü tutsun. Sonra zövqünüzə görə bəzəyin.
Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT

Zərif tort resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, çalın, manna, Sonra, əlavə, bölün, bişirin, bişib, yavaş, qoyun, dəqiqə, özünü, xəmir, Limonun, qarışdırın, Korjları, rəngli, şokolad, qızdırılmış, Korjun
BİZİ İZLƏYİN