• Tiramisu tortu resepti

Reseptin məlumatları Baxış sayı: 27 559

Tarix : 27-12-2016, 13:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 tort üçün kakaolu xəmir yarımfabrikatı
1 stəkan su
2 xörək qaşığı qəhvə
2 xörək qaşığı şəkər tozu
1 çay qaşığı kakao

Krem üçün:
4 çay qaşığı türk qəhvəsi
4 stəkan süd
1 yumurta
200 qram "əridilmiş" pendir
2 stəkan un
2 stəkan şəkər tozu

Hazırlanması:
Kremi hazırlamaq üçün süd, un, yumurta və şəkər tozunu qazana tökərək blenderdən keçirin, odun üzərinə qoyaraq sürəkli qarışdırın və xəşil formasını alana qədər bişirin, sonra 10 dəqiqə soyudun. Sonra isti su, "Neskafe" və şəkər tozunu qarışdırın. Arasını kəsərək laylar halına saldığınız pendirin bir üzünə qarışığı çəkin.

Kremin yerdə qalan yarısını isə bir qabın içində qoyulmuş xəmir yarımfabrikatının üzərinə çəkin. Bir qədər soyuyandan sonra kakao və türk qəhvəsini də təamın üzərinə səpin. Soyuducuda 5-6 saat saxlayandan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, qaşığı, stəkan, üzərinə, sonra, qədər, çəkin, tozunu, qarışdırın, yumurta, xəmir, kakao, xörək, yerdə, yarısını, qalan, laylar, Kremin, halına, qarışığı
BİZİ İZLƏYİN