• Vulkan tortu resepti

Reseptin məlumatları Baxış sayı: 23 022

Tarix : 27-12-2016, 19:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:

1 yumurta
100 q şəkər tozu
300 q un
100 q kərə yağı
0,5 ç.q. söndürülmüş soda

iç:
100 q qoz

krem:
400-500 q xama
100-150 q şəkər tozu
50 q şokolad

Hazırlanması:
Kərə yağını şəkər tozu ilə ağarıncayadək çalın. Yumurta, söndürülmüş soda əlavə edib qarışdırın. Az-az un əlavə edin (göstərilən miqdardan az və ya çox gərək ola bilər). Xəmir yumşaq, elastik alınmalıdır. Xəmiri soyuducuda 30 dəqiqə saxlayın.
Xəmirdən az-az götürüb, ortasına böyük olmayan qoz ləpəsi qoyun, kündələyin. Bütün xəmirdən bu qaydada kündələr hazırlayın.
Perqament döşənmiş siniyə düzüb 220 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin. Soyudun.
Xamanı şəkər tozuyla çalın. Hər kürəni kremə batırıb vulkan formasında üst-üstə yığın.
Şokoladı əridin, tortun üzərindən axıdın (lava kimi).
Kremin torta hopması üçün bir neçə saat tortu soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, saxlayın, dəqiqə, soyuducuda, əlavə, çalın, söndürülmüş, Xamanı, Soyudun, Perqament, tozuyla, hazırlayın, bişirin, sobada, dərəcə, düzüb, kürəni, qızdırılmış, döşənmiş, siniyə
BİZİ İZLƏYİN