• Rocher pirojnaları resepti

Reseptin məlumatları Baxış sayı: 22 417

Tarix : 11-05-2015, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
biskvit:

8 yumurta (ağları sarılardan ayırın)
180 q şəkər pudrası
120 q un
40 q kakao
200 q fındıq (üyüdülmüş)
0,5 ç.q. qabartma tozu
1 çimdik duz
(hamısı otaq temperaturunda olmalıdır)

Rocher kremi:
400 q maskarpone pendiri (soyudulmuş)
400 q Nutella
100 q südlü şokolad (su hamamında əridib azca soyudun)
1/2 st. üyüdülmüş fındıq

qaymaqlı krem:
500 ml 36%-li qaymaq (soyudulmuş)
100 q maskarpone pendiri (soyudulmuş)
2 x.q. şəkər pudrası

şərbət:
1/2 qozlu (şokoladlı) likör və ya rom
1/4 st. su
(bunun yerinə şirin çay da götürə bilərsiniz)

qanaş:
100 q südlü şokolad
100 ml 36%-li qaymaq
1,5 ç.q. açıq rəngli patoka (bunsuz da keçinmək olar, sadəcə patoka qanaşa parıltı verir)

bəzək:
20 ədəd Ferrero Rocher praline

Hazırlanması:
Biskvit üçün ərzaq otaq temperaturunda olmalıdır.
Üyüdülmüş fındıq, un, kakao və qabartma tozunu qarışdırın.
Mikserlə yumurta ağlarını və 1 çimdik duzu möhkəm çalın. Çalmağı dayandırmadan qaşıq-qaşıq şəkər pudrasını əlavə edin. Parıltılı kütlə alınanadək çalın. Yumurta sarılarını əlavə edib eynicinsli kütlə alınanadək çalın. Fındıq-un qarışığını əlavə edib taxta qaşıqla qarışdırın.
35x25 sm ölçülü formaya perqament döşəyin (ancaq dibinə, kənarları lazım deyil). Xəmiri formaya töküb hamarlayın. 170 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin (bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın). Sobanı söndürün, biskviti tam soyuyanadək içində saxlayın. Soyumuş biskviti çıxarıb iti bıçaqla 2 korja bölün.

Rocher kremi:
Maskarpone pendiri ilə Nutellanı mikserlə çalın. Eynicinsli kütlə alınanda su hamamında əridib bir qədər soyutduğunuz şokoladı əlavə edin, çalın. Fındıq əlavə edib yenə çalın. Üzərinə polietilen plyonka çəkib soyuducuda saxlayın (krem bir qədər qatılaşacaq).

Qaymaqlı krem:
Mikserlə maskarponeni yumşalınca çalın. Qaymağı ayrı qabda möhkəm çalın, sonda şəkər pudrası əlavə edib yenə çalın, maskarpone ilə qarışdırın.

Qanaş:
Qaymağı və patokanı qarışdırın, ocağın üstə qoyun, qaynara düşəndə götürün (qaynamasın), xırdalanmış şokolad əlavə edin. 2 dəqiqə müddətində qarışdırın. Soyuducuda saxlayın.

Yığılması:
Biskviti bişirdiyiniz formaya birinci korju qoyub üzərinə şərbət gəzdirin (likörlə su qarışığı). Rocher kreminin yarısını bərabər qaydada üzərinə çəkin. Üzərinə qaymaqlı kremin hamısını yayın. İkinci biksvit korjunu qoyun. Yenə şərbət gəzdirin. Rocher kreminin qalanını bərabər qaydada yayın, hamarlayın. Donması üçün bir qədər soyuducuda saxlayın. Soyumuş piroqun üzərinə qanaş çəkin. Yenə soyudun. Sonda üzərini Ferrero Rocher konfetləri ilə bəzəyin.
Süfrəyə verərkən dördbucaqlı formada doğrayın.

Nuş olsun!
Etiketlər: çalın, əlavə, Rocher, qarışdırın, şəkər, saxlayın, pendiri, üzərinə, soyudulmuş, kütlə, şokolad, şərbət, formaya, maskarpone, fındıq, qədər, pudrası, kreminin, biskviti, Soyumuş
BİZİ İZLƏYİN