• Fransız tortu resepti

Reseptin məlumatları Baxış sayı: 23 466

Tarix : 16-06-2015, 13:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:

4 yumurtanın ağı
1 st. şəkər tozu
4 x.q. bal
1/2 ç.q. sirkədə söndürülmüş soda
150 q ərinmiş kərə yağı
2,5 st. un

krem:
2 st. 30%-li xama
4 yumurtanın sarısı
1 st. şəkər pudrası
300 q yumşaq kərə yağı
1 x.q. alkoqol (konyak, viski, rom)

iç:
300 q qara gavalı
1 st. xırdalanmış qoz

Hazırlanması:
Yumurta ağlarını bir çimdik duzla ağarıncayadək çalın. Şəkər tozu, bal, sirkədə söndürülmüş soda, kərə yağı əlavə edib yenə çalın. Tədricən ələnmiş unu əlavə edib qaşıqla qarışdırın.
Xəmiri 3 yerə bölün.
Bir hissəsini perqament döşənmiş formaya qoyub hamarlayın. 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Digər korjları da eyni qayda ilə bişirin.
Krem: kərə yağını yumurta sarıları və şəkər pudrası ilə çalın, tədricən xamanı və alkoqolu əlavə edin.
Qara gavalını öncədən isladın, sonra süzüb xırda doğrayın.
Bir korjun üzərinə qalın lay krem çəkin, qara gavalı və qoz səpin. İkinci korju da qoyub prosesi təkrarlayın. Üçüncü korju qoyun, üstünə və kənarlarına krem çəkin, kənarlarına yalnız qoz vurun, üstünə isə qozla gavalı səpin.

Nuş olsun!
Etiketlər: çalın, gavalı, şəkər, əlavə, bişirin, üstünə, korju, səpin, qoyub, kənarlarına, çəkin, yumurtanın, sirkədə, pudrası, söndürülmüş, alkoqolu, öncədən, sonra, isladın, gavalını
BİZİ İZLƏYİN