• Çiyələkli tort resepti

Reseptin məlumatları Baxış sayı: 20 670

Tarix : 5-08-2015, 18:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
3 ədəd yumurta,
1 stəkən şəkər tozu,
1 stəkan qatıq,
1 paket qabartma tozu,
1 paket vanilin,
1,5 stəkan un,

Üzəri üçün:
Krem şanti,
çiyələk,

Hazırlanması:
Bütün sos üçün lazım olan ərzaqları bir qazana yığıb , bir az qaynatdıqdan sonra altını sondürün Hazırlamış olduğunuz sosu soyumağa qoyun.Keksi hazırıamağa başlayaq. Əvvəlcə yumurtaları təmiz yuyun. Sonra yumurtaları keksi hazırlamaq üçün olan qabın içinə sındırın.Yumurta və şəkəri bir qabda möhkəm- möhkəm çırpın.
Bunlar tam hazır olduqdan sonra qatığı və vanilini də əlavə edib azca qarışdırın.Ərzaqlar qarışdıqdan sonra qabartma tozu və unu ələyərək çırpdığınız ərzaqların üzərinə yavaş-yavaş tökün.Bütün bu qarışığı bir taxta qaşıqla mıhkəm qarışdırın.Hazır olan xəmiri oda davamlı bir qabın içərisinə töküb yayın. Əvvəlcədən fırını 180 dərəcəyə qədər qızdırın.Qızdırdığınız fırına hazırladığlınız keks xəmirini bişməyə qoyun. Kurdan ilə aradabir bişməsini yoxlayın.Bişib hazır olan keksin hər tərəfinə kurdan batırın ki , sosu yaxşı sora bilsin. Sonra keksi soyumağa qoyun. Keks ilıq olan zaman üzərinə sosu tökün.Keksin sosu içinə çəkməsini gözləyin.
Bu arada krem şantiyi hazırlamağa başlayın. 1 stəkan soyuq süd (200ml) ilə krem şantini 2-3 dəqiqə mikserlə çırpın.Krem şantini sosun üzərinə düzgün yayın. Nərd zəri şəklində doğradığınız çiyələkləri tortun üzərinə yerləşdirin. Keksin ətrafını çiyələklərlə bəzəyin. Sonra tortu soyuducuya qoyub 2-3 saat gözlədin və soyumuş tortu dilimləyərək servis edin.

Nuş olsun!
Etiketlər: üzərinə, Sonra, sonra, stəkan, qoyun, soyumağa, qabın, yumurtaları, şantini, içinə, Keksin, tökün, yayın, yavaş, qarışdırın, çırpın, hazır, möhkəm, keksi, Bütün
BİZİ İZLƏYİN