• Xatirə tortu resepti

Reseptin məlumatları Baxış sayı: 38 413

Tarix : 6-06-2014, 15:08

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Xəmir üçün:
Xama – 2 st.
Şəkər – 1,5 st.
Yumurta – 2 əd.
Nişasta – 3 x.q.
Araq – 3 ç.q.
Soda – 1,5 ç.q.
Un – lazım olduğu qədər (təxminən 2 st.)

Krem üçün:
Un – 2 x.q.
Süd – 0,5 st.
Yağ – 100 – 150 q.
Konyak – 1 x.q.

Hazırlanması:
Bütün xammalları qarışdırıb, axırda nişasta və un tökün, qatı xamaya oxşar xəmir hazırlayın.
Xəmiri iki hissəyə bölün, bir hissəyə iki çay qaşığı kakao tozu əlavə edin.
Ağ və qəhvəyi xəmirlərin hərəsindən iki kökə bişirin. Soyuduqdan sonra aralarına krem çəkib, üst-üstə qoyun.
Unu süddə tam həll edib, qarışdıra-qarışdıra bişirin, soyuduqdan sonra yumşaldılmış kərə yağına az-az qatıb, krem çalın.
Kremə sonda konyak əlavə edin.

Nuş olsun!
Etiketlər: qarışdıra, sonra, hissəyə, əlavə, bişirin, çəkib, aralarına, hərəsindən, qəhvəyi, xəmirlərin, qoyun, Soyuduqdan, süddə, Kremə, sonda, konyak, olsun, çalın, qatıb, soyuduqdan
BİZİ İZLƏYİN