• Maskarpone kremi ilə qat-qatlı tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 934

Tarix : 10-10-2015, 20:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8

Tərkibi:
Xəmiri üçün:
200 qr yağ
2 ədəd yumurta
200 qr şəkər tozu
600 qr un
100 qr qoz

Kremi üçün:
500 qr maskarpone
5 ədəd yumurta sarısı
100 qr şəkər tozu
2-3 x/q konyak və ya rom
100 qr qoz

Hazırlanması:
1. Soba 200°C temperaturunda qızdırılır. İlk öncə tortun xəmirindən başlanılır və bunun üçün lazım olan ərzaqlar hazırlanır.
2. Qoz ləpələrini mümkün qədər xırda əzmək lazımdır. Blender, mikser və ya adi həvənglə. Ləpələr çox yağlı olduqda və əzilməsində çətinlik yarandıqda bir qədər şəkər tozu əlavə edilir, bu əzilməni asantlaşdıracaq.
3. Əzilmiş ləpələr bir kasaya yerləşdirilir, üzərinə yağ və şəkər tozu (istifadə olunubsa, yerdə qalan şəkər tozu) əlavə edilir.
4. Ardınca yumurtalar əlavə edilir və qarışdırılır.
5. İndi isə unun əlavə olunma mərhələsidir. Unun böyük hissəsinin (təqribən 300-400 qr) cəsarətlə əlavə edə bilərsiniz, lakin digər hissəsi az-az, tədricən əlavə olunmalıdır.
Beləliklə, un əlavə olunur və qum kimi xəmir hazırlanır. Nəticədə xəmir ələ yapışmamalıdır və rahatlıqla kündələnməlidir.
6. Xəmir yoğrulur. Bunun üçün xəmir 8 eyni hissələrə parçalanır. Taxtanın üzərinə qənnadı kağız sərilir (sonra həmin kağızla birgə bişiriləcək) və onun üzərində hissələr yoğrulur. Nəticədə hər bir hissədən 2-3 mm qalınlığında "kökələr" alınmalıdır.
7. Alınan kökələrin forması tam dairəvi olması üçün üzərinə boşqab və ya kasa qoyub dairəvi kəsmək olar. Artıq xəmir yığışdırılır.
8. Xəmir qənnadı kağızla birgə sobanın tavasına yerləşdirilir və əvvəlcədən 200°C qızdırılmış sobada bişirilir.
9. Tez hazırlamaq üçün, xəmir sobada bişən zamanı siz digər xəmirləri hazır edib növbədə saxlamalısınız. Reseptdə 9 ədəd yayma alındı (8 əsas, biri isə əlavə qalan xəmirlərdən). Xəmirlər hazır olduqda onlar kənarda yaxşı soyudulmalıdır.

Kremin hazırlanması:
10. Yumurtaların ağı sarısından ayrılır. Bizə reseptdə yalnız sarısı lazım olacaq, olnar bir kasaya yerləşdirilir və üzərinə şəkər tozu əlavə edilərək yaxşı qarışdırılır.
11. Çalınmış yumurtanın üzərinə zövqə görə xırdalanmış ləpələr əlavə edilir və maskarpone. Sonra isə səliqə ilə (maskarponeni çalmaq olmaz) qarışdırılır. Əgər tort böyüklər üçün nəzərdə tutulubsa, kremin tərkibinə 2-3 xörək qaşığı ətirli alkoqol içkisi əlavə etmək olar (konyal, rom, liker və ya digər).
12. Qarışdırılır və krem hazırdır.
13. Tortun yığılması sadədir. Boşqaba bişmiş (və soyudulmuş) yayma əlavə edilir, üzərinə krem yayılır (3-4 xörək qaşığı). Onun üzərinə yenidən yayma qoyulur və krem yayılır, bu cür davam edilir. Sonuncu, üst qatına krem yayılır. Həmçinin xəmirin yan hissələrini unutmayın, o hissələrə də krem vurulur.
14. Tort hazırdır! Bundan sonra, tort ən azı 1 saat soyuducuda qalmalıdır. Tortun bəzədilməsi zövqdən asılıdır. Bu reseptdə rəngbərəng qənnadı səpkidən istifadə edilib.

Maskarpone kremi ilə qat-qatlı tort resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, edilir, şəkər, xəmir, qarışdırılır, qənnadı, istifadə, maskarpone, yayma, digər, yerləşdirilir, yayılır, qalan, sobada, ləpələr, Tortun, hazırdır, kasaya, Xəmir
BİZİ İZLƏYİN