Tərkibi:Biskvit üçün:1 st un
6 ədəd yumurta
1 st şəkər
0,5 ç/q vanil
Bişmiş(zavarnoy) krem üçün:1 stəkan süd
1 stəkan şəkər tozu
1 ədəd yumurta
1 x/q un
300 qr kərə yağı
vanil
Tortun bəzədilməsi üçün:500 qr çiyələk
100 ml çiyələk mürəbbəsinin suyu
şanti krem (mağazalarda hazır və ya toz şəklində satılır)
Hazırlanması:1. Biskvitin hazırlanması saytımızda mövcuddur.
2. Zavarnoy kremin hazırlanması həmçinin saytımızda var.
3. Çiyələyin saplağları təmizlənir, yuyulur. Suyunun tam getməsi üçün süzgəcdə saxlanılır.
4. Biskvit ortadan bərabər hissəyə bölünür, hər iki tərərfinə mürəbbə suyundan fırça ilə vurulur.
5. Biskvitin hər iki tərəfinə krem vurulur vi bir tərərfinə çiyələk düzülür.
6. Biskvitin 2ci hissəsi üzərinə qoyulur və tortun üstünə, yan hissəsinə şanti krem vurulur.
7. Tort zövqə görə çiyələklə bəzədilir, 1 saat soyuducuda saxlandıqdan sonra yeyilə bilər.
Nuş olsun!
Etiketlər: ərzaqlar, Biskvitin, çiyələk, vurulur, lazım, stəkan, hazırlanması, tərərfinə, saytımızda, vanil, şanti, Biskvit, şəkər, yumurta, fırça, yeyilə, bilər, tərəfinə, suyundan, olsun