• Zərif Napoleon tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 58 223

Tarix : 29-10-2015, 11:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8

Tərkibi:
5 ədəd yumurta
220 qr + 200 qr kərə yağı
700 qr + 4 x/q un
3/4 ç/q duz
1 litr süd
400 qr şəkər tozu
1 paket vanil
30 qr acı şokolad (bəzək üçün)
30 qr kokos (bəzək üçün)

Hazırlanması:
1. Şübhəsiz hər bir xanımın öz yoxlanmış "Napoleon" tortu resepti var. Hazırki resept ilə alınan tort ağızda əriyən, çox zərif və dadlı alınır.
2. Un ələkdən keçirilir. Yumşalmış kərə yağı əlavə edilir (220 qr). Hamısı qarışdırılır.
3. Çəngəl vasitəsi ilə duzla yumurta qarışdırılır və ümumi həcmi 250 ml alınması üçün su əlavə edilir.
4. Yumurtalı maye yağlı un kütləsi ilə qarışdırılır. Elastik, ələ yapışmayan xəmir yoğurulur. Mətbəx plyonkası ilə bağlanılıb 30 dəqiqə saxlanılır. Nəticədə xəmir daha elastik olacaq.
5. Xəmir 10-13 ədəd bərabər hissələrə bölünür. Kündələr dəsmal ilə örtülür.
6. Hər bir kündə nazik yayılır və üzərinə forma qoyularaq yumru kəsilir. Yayılmış xəmirdə çəngəl ilə dəliklər edilir.
7. Əvvəlcədən 200°C qızdırılmış sobada təqribən 4 dəqiqə bişirilir, xəmir bir qədər qəhvəyi rəng alana qədər. Xəmir bişənə qədər, digər kündələr eyni qaydada yayılıb hazırlanır. Bütün xəmirlərin hazır olması təqribən 40 dəqiqə vaxt aparır.
8. Bişmiş xəmirlər (yuxalar) üst-üstə yığılır.
9. Krem hazırlanır. Bunun üçün 4 ədəd yumurta şəkər tozu və unla (4 x/q) qarışdırılır.
10. Tam, qabarıqsız olana qədər qarışdırılır.
11. Tədricən, qarışdıraraq isti süd əlavə edilir. Orta odda və daima qarışdıraraq, krem qatılaşana qədər bişirilir. Alınmış kütlə oddan çıxarılıb soyudulur.
12. Yumşaq kərə yağı (200 qr) çalınır və tədricən ona hazırlanan krem əlavə edilərək qarışdırılır. Beləliklə bütün krem yağla qarışdırılır.
13. Hər bir yuxaya çoxlu krem çəkilir. Və əlnan üst-üstə sıxılır.
14. Zövqə görə bəzədilir. Əgər bayram tortu deyilsə, o zaman üzərinə sadəcə ovulmuş yuxa səpə bilərsiniz. Bu tortda əridilmiş qara şokoladdan şam ağacları hazırlanıb, qıraqlara isə kokos səpilib.

Zərif Napoleon tortu resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qarışdırılır, qədər, edilir, əlavə, yumurta, xəmir, dəqiqə, bəzək, kokos, tortu, hazırlanır, şəkər, təqribən, qarışdıraraq, bişirilir, Xəmir, üzərinə, xəmirlər, yığılır, yuxalar
BİZİ İZLƏYİN