• Gecə tortu resepti

Reseptin məlumatları Baxış sayı: 39 622

Tarix : 14-11-2015, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 ml qatıq
400 q şəkər tozu
2 yumurta
380 q un
2 ç.q. soda
10 q qabartma tozu
8 x.q. kakao

krem:
800 ml süd
8 x.q. şəkər tozu
5 x.q. un
1 yumurta
30 q kərə yağı

Hazırlanması:
Qatığa sodanı qatıb qarışdırın. Şəkər tozu və yumurtanı əlavə edib yaxşıca qarışdırın. Ələnmiş unu, qabartma tozu və kakaonu əlavə edib qarışdırın. Xəmir xamadan bir qədər qatı alınacaq. Bu xəmirdən nazik korjlar bişirin (təxminən 7 ədəd).

Bişmiş krem: şəkər tozu, yumurta, un, südü qarışdırıb ocağın üzərinə qoyun, qaynara düşüb qatılaşanadək qarışdırmağı dayandırmayın. Ocaqdan götürüb kərə yağı qatın və mikserlə çalın. Vanilli şəkər tozu əlavə edin. Kremi soyudun.

Korjların üzərinə krem çəkib üst-üstə yığın, tortun üzərinə kakao tozu səpin. Bir gecə soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, yumurta, üzərinə, qarışdırın, kakao, qabartma, mikserlə, Ocaqdan, götürüb, qatın, qatılaşanadək, qaynara, qoyun, düşüb, çalın, qarışdırmağı, dayandırmayın, Korjların, səpin
BİZİ İZLƏYİN