• Qat-qat xəmirdən giləmeyvəli tort resepti

Reseptin məlumatları Baxış sayı: 19 672

Tarix : 23-11-2015, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q hazır qat-qat xəmir
450 q 25%-li xama
100 q şəkər tozu
təzə giləmeyvə (ürəyiniz istəyən)
1 paket xama qatılaşdırıcısı

Hazırlanması:
İki lay xəmiri 3 mm qalınlıqda yayıb, 2, yaxud 3 kvadrata bölün.
Perqament döşənmiş siniyə qoyub növbə ilə hər birini 7-10 dəqiqə 210-220 dərəcə temperaturda (qızılı rəng alınca) bişirin.

Krem: Xamanı şəkər tozu və qatılaşdırıcı ilə çalın. Vanilli şəkər də əlavə edə bilərsiniz.

Birinci korju qaba qoyub üzərinə krem çəkin, giləmeyvə düzün. Digər korjları da eyni qaydada üst-üstə düzün. Tortun üzərinə və kənarlarına çoxlu krem çəkib üzərinə korjların qırıntılarını səpin.

Nuş olsun!
Etiketlər: üzərinə, şəkər, düzün, giləmeyvə, qoyub, Birinci, korju, çəkin, Vanilli, Xamanı, qatılaşdırıcı, çalın, əlavə, bilərsiniz, korjları, korjların, qırıntılarını, səpin, olsun, çəkib
BİZİ İZLƏYİN