• Kremli tort resepti

Reseptin məlumatları Baxış sayı: 24 390

Tarix : 24-06-2016, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
2 paket kakaolu biskvit
1 su stəkanı çəkilmiş qoz
3 xörək qaşığı pudra şəkəri
1/2 su stəkanı quru üzüm
1 çay stəkanı süd
2 xörək qaşığı kakao
2 paket krem şanti
2 su stəkanı süd

Hazırlanması:
Biskvitlərin üzərinə oxlov ilə basdıraraq əzin.
Krem şantini südlə birlikdə qatılaşana qədər çırpın.
Biskvit, qoz, pudra şəkəri, quru üzüm, 1 çay stəkanı süd, krem şanti və kakaoyu taxta qaşıqla qarışdırın.
Qarışığı qaba boşaldıb, qoyun soyuducuya. 4 saat soyuducunda gözlədin.
Boşqaba tərs çevirərək çıxarın.

Nuş olsun!
Etiketlər: stəkanı, qaşığı, pudra, şəkəri, şanti, xörək, paket, Biskvit, Qarışığı, boşaldıb, qarışdırın, qaşıqla, taxta, kakaoyu, qoyun, gözlədin, çıxarın, olsun, çevirərək, Boşqaba
BİZİ İZLƏYİN