• Balqabaqlı mini tart resepti

Reseptin məlumatları Baxış sayı: 13 737

Tarix : 4-07-2016, 19:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
125 qr. otaq istiliyində kərə yağı
1,5 şorba qaşığı şəkər
250 qr. un
½ çay qaşığı duz
½ çay stəkanı su
1 yumurtanın sarısı

Balqabaq püresi üçün:
Balqabaq
Şəkər

Hazırlanması:
Bütün ərzaqları qarışdıraraq peçenye xəmiri konsistensiyasında bir xəmir əldə edin.
Əgər xəmiriniz çox yumşaq olsa 10 d. soyuducunda saxlayın.
Tart qəliblərinizi yağlayın və xəmirinizi açaraq içinə yerləşdirin.
Əvvəlcədən 180 C isitmiş olduğunuz sobada qızarana qədər bişirin və soyumağa buraxın.
Balqabaqları təmizləyib dilimlədiktən sonra bir qazana düzün.
Üzərini örtəcək qədər toz şəkər əlavə edib batıq atəşdə bişirin.
Ocaqdan aldıqdan sonra soyumağa buraxın.
Balqabaqları çəngəlin köməyiylə əzərək püre halına gətirin.
Soyuduqdan sonra qəliblərindən çıxardığınız tartlarınızı bu püre ilə doldurun və üzərini qoz ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: sonra, Balqabaqları, qədər, buraxın, Balqabaq, şəkər, soyumağa, bişirin, qaşığı, örtəcək, batıq, əlavə, Üzərini, qazana, təmizləyib, atəşdə, dilimlədiktən, düzün, çəngəlin, tartlarınızı
BİZİ İZLƏYİN