• Çiyələkli manna yarması tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 352

Tarix : 8-07-2016, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
9 şorba qaşığı manna yarması (90 qr)
10 şorba qaşığı şəkər (150 gr)
1 lt süd
1 paket vanil
25-30 dənə çiyələk
1 ədəd hazır kakaolu keks

Hazırlanması:
Manna yarmasını, şəkəri və südü bir qazana qoyun və qarışdıraraq pudinq kimi bişirin.
Bişdikdən sonra altını söndürün.
Vanil əlavə edib, bir dəfə daha qarışdırın.
Pundinqin yarısını orta boy bir qaba tökün.
Tökmədən əvvəl, qabı bir az suyla isladın.
Bu şəkildə qudinqi tərs çevirərkən yapışmasını önləyəcəyik.
Üzərinə küp küp doğradığınız kakaolu keksi yayın.
Keksin üstünü ortadan ikiyə və ya üçə bölərək dilimlədiyiniz çiyələklərlə örtün.
Qalan pudinq ilə çiyələklərin üzərini örtün.
İkram edəcəyiniz zaman, xidmət qabına tərs çevirin.
Şirniyyatınızı çiyələk və kokos ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şirniyyatınızı, pudinq, kakaolu, çiyələk, qaşığı, şorba, örtün, ortadan, dilimlədiyiniz, çiyələklərlə, üstünü, bölərək, ikiyə, keksi, yapışmasını, çevirərkən, önləyəcəyik, Üzərinə, yayın, doğradığınız, Keksin
BİZİ İZLƏYİN