• Qozlu tort resepti

Reseptin məlumatları Baxış sayı: 25 039

Tarix : 12-07-2016, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
5 ədəd yumurta
1 ədəd xama
200 qr şəkər
200 qr un
1 ədə vanil
1 ədəd qabartma tozu
Krem üçün:
380qr qatılaşdırılmış süd
350 qr yağ
1 ədəd vanil
Pudra şəkəri
Kakao
Doğranılmış qoz

Hazırlanması:
Yumurtanın ağı sarısından ayrılaraq çalınır.
Şəkər tozu az-az əlavə olunaraq çalınır.
Yumurtanın sarısı əlavə olunur.
Xamaya 1 çimdik soda əlavə edib qarışdırdıqdan sonra kütləyə əlavə olunur.
Qarışdıqdan sonra un, vanil və qabartma tozu tökülür.
Qarışdırılır əgər düyüm –düyüm qalarsa çırpıcı ilə qarışdırın 180 dərəcədə 20 dəqiqəyə bişir
ilk 10-15 dəqiqə sobanın ağzını açmayın.
Kremin hazırlanması: Otaq tempraturundakı yumuşalmış yağı qaynadılmış qatılaşdırılmış südü 5-6 x.q pudra şəkəri və vanili qarışdıraraq mikserlə yaxşıca çalın.
Şəkildəki hazırladığım tort 2 biskvitlidir ,biskvitlərin arasına krem çəkdikdən sonra qoz səpin və ya kremlə qozu qarışdırın, kənarlarına da çəkin.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, vanil, olunur, qatılaşdırılmış, şəkəri, qarışdırın, Yumurtanın, çalınır, qabartma, tempraturundakı, dəqiqə, bişir, yumuşalmış, hazırlanması, sobanın, dəqiqəyə, Kremin, ağzını, dərəcədə
BİZİ İZLƏYİN