• Unsuz-yumurtasız şokoladlı tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 29 098

Tarix : 14-09-2017, 18:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
360 q qoz
60 q kakao tozu
1/4 ç.q. duz
170 x xurma

qlazur:
60 q xurma
60 ml bal
120 q avokado
30 q kakao tozu

iç və bəzək:
1 st. təzə, yaxud dondurulmuş moruq
120 q digər giləmeyvə

Hazırlanması:
Xəmir:
Qoz, duz və kakaonu blenderdə üyüdün. Un halına düşəndə çərdəksiz xurmaları əlavə edib eynicinsli kütlə alınanadək xırdalayın. Xəmiri 2 yerə bölün, qida plyonkasına büküb soyuducuya qoyun.

Qlazur:
Çərdəksiz xurmaları, bal və avokadonu blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. Kakao əlavə edib bir daha qarışdırın.

Kənarı açılan formaya xəmirin birinci qatını qoyub, yaxşıca döşəyin. Şokoladlı qlazurdan bir neçə qaşıq üzərinə yayın. Giləmeyvələri əzib qarışdırın, üzərinə çəkin. Xəmirin ikinci qatını əlinizlə hamarlayıb giləmeyvənin üzərinə yerləşdirin.

Formanın kənarlarını açın. Qlazuru tortun üzərinə və kənarına çəkin. Üzərini moruq və ya digər giləmeyvə ilə bəzəyin.

Unsuz-yumurtasız şokoladlı tort resepti  - FOTO RESEPT

Unsuz-yumurtasız şokoladlı tort resepti  - FOTO RESEPT

Unsuz-yumurtasız şokoladlı tort resepti  - FOTO RESEPT

Unsuz-yumurtasız şokoladlı tort resepti  - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, alınanadək, kütlə, eynicinsli, xurmaları, xırdalayın, çəkin, qatını, qarışdırın, kakao, blenderdə, əlavə, moruq, digər, giləmeyvə, xurma, Üzərini, qaşıq, kənarına, qlazurdan
BİZİ İZLƏYİN