• Narıncı tort resepti

Reseptin məlumatları Baxış sayı: 13 882

Tarix : 2-08-2016, 14:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
biskvit:
2 iri yumurta
60 q şəkər tozu
60 q un
3 damcı vanil cövhəri

şərbət:
30 q şəkər tozu
100 ml təzə sıxılmış portağal şirəsi

kəsmikli muss:
500 q 5%-li kəsmik
150 q narın şəkər tozu
3 x.q. likör (məs., Vanna Tallin, yaxud rom, konyak, zövqə görə)
250 ml 35%-li qaymaq
10 q jelatin (Oetker)

jele:
125 q təzə sıxılmış portağal şirəsi (süzülmüş, lətsiz)
125 ml su
70 q şəkər tozu
5-6 iri mandarin

22 və 20 sm tərəfli 2 forma

Hazırlanması:
Qaymağı soyuducuda bir neçə saat saxlayın.

Sobanı əvvəlcədən 170 dərəcə qızdırın. Tərəfi 22 sm olan formanın içinə perqament döşəyin, kənarlarına da qaldırın.

Yumurtaların ağını sarısından ayırın. Yumurta ağlarını möhkəm çalın.

Yumurta sarılarını şəkər tozu ilə qatı krem halına gəlib ağaranadək çalın. Vanil cövhəri əlavə edin. Un qatıb qarışdırın. Çalınmış yumurta ağlarını əlavə edib aşağıdan-yuxarı olmaqla qaşıqla qarışdırın.

Xəmiri hazırladığınız formaya töküb 10-15 dəqiqə bişirin. Şəbəkənin üzərində soyudun.

Korjun üst hissəsini nazik qat kəsib götürün. Korjun kənarlarını kəsib tərəfi 20 sm olan forma üçün hazırlayın.

Şərbət: şəkər tozunu şirə ilə qarışdırıb şəkər tozu əriyənədək qızdırın (amma qaynatmayın).

Tərəfi 20 sm olan, kənarları açılan formanın içinə perqament döşəyin. Kənarına qida plyonkası çəkin. Yoxdursa, hazır tortu iti bıçaqla kəsərək çıxarmaq da olar. Formanın içinə korju yerləşdirin. Şərbəti biskvitə hopdurun.

Muss: Jelatini 3-4 x.q. suda isladın, sonra isə qablaşdırılmasında göstərilən qaydada hazırlayın. Oetker-dirsə, onu 60 dərəcədən artıq qızdırmaq olmaz. Həmçinin onu kəsmiyi çalandan sonra əridin. Əgər kəsmik dənəvərdirsə, onu ələkdən keçirin. Şəkər tozu əlavə edib mikserin aşağı sürətində çalın. Şəkər tozu tam əriməlidir. Likör qatıb yenə qarışdırın.

Başqa qabda əvvəlcədən soyudulmuş qaymağı çalın (çalarkən ara verməyin, ayranı ayrıla bilər). Kəsmikli qarışığa əlavə edin, çalmağı dayandırmadan jelatini nazik axınla əlavə edin.

Bu kütləni formadakı korjun üzərinə yayın. Formanı bir neçə dəfə ehmalca masanın üstünə çırpın ki, bütün qabarcıqlar çıxsın.

Soyuducuda 4-5 saat saxlayın.

Muss tam soyuduqdan sonra mandarinləri dilimləyin, plyonkalarını təmizləyin, tortun üzərini tam örtənədək düzün.

Şəkər tozunu quru jelatinlə qarışdırın, su qatıb yaxşıca qarışdırın, portağal şirəsi əlavə edib orta itilikli odda qızdırın (yenə də jelatinin qablaşdırmasında yazılan qaydalara əməl etmək lazımdır, təbii ki, qətiyyən qaynatmamaq şərtilə). Hazır jeleni azca soyudub mandarinlərin üstündən tökün.
Tortu daha 4-5 saat soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, qarışdırın, çalın, içinə, qatıb, qızdırın, saxlayın, şirəsi, Şəkər, sonra, portağal, formanın, yumurta, perqament, forma, hazırlayın, əvvəlcədən, Tərəfi, cövhəri
BİZİ İZLƏYİN