• Bananlı-ananaslı tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 664

Tarix : 3-08-2016, 14:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
270 q un
1 x.q. qabartma tozu
150 q şəkər tozu
1 paket vanilli şəkər tozu
1 çimdik darçın
60 q qoz
2 banan
160 q ananas konservi
60 ananas şirəsi (konservin siropu)
2 yumurta
160 ml bitki yağı
1 çimdik duz

krem:
300 q yağlı qaymaq
şəkər pudrası (zövqə görə)
1 çimdik darçın

bəzək:
150 q araxis
200 q şəkər tozu
(32 x 22 sm ölçüdə düzbucaqlı forma üçün)

Hazırlanması:
Ələnmiş unu qabartma tozu, darçın, duz, şəkər tozu və vanilli şəkər ilə qarışdırın. Qozu, ananas və bananı bıçaqla xırda doğrayın.
Yumurtaları bitki yağı ilə şişənədək, mikserlə təxminən 7-10 dəqiqə çalın.
Bunu un qarışığına qatın, qozla meyvələri əlavə edin, ananas şirəsini də qatıb qaşıqla eynicinsli kütlə alınanadək qarışdırın. Əgər xəmir çox qatı alınarsa, bir qədər də ananas şirəsi əlavə edin.
Formaya perqament döşəyin. Xəmiri töküb hamarlayın. 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Bişməyə 10 dəqiqə qalmış yanmaması üçün üzərinə folqa çəkə bilərsiniz.
Korju formada bir qədər soyutduqdan sonra çıxarıb şəbəkənin üzərinə qoyun. Tam soyuyandan sonra iki korja bölün.

Krem üçün qaymağı şəkər pudrası və darçınla çalın. Şəkər pudrasını zövqə görə qata bilərsiniz. Amma unutmayın ki, bəzək üçün araxis karamellə olacaq. Yəni çox şirin alına bilər.
Korjların arasına krem çəkib üst-üstə qoyun, tortun kənarlarına və üstünə də krem çəkin.
Araxisləri quru tavada yüngül qovurun (çox qovurmayın, şəkər karamel olunca yana bilər). Şəkər tozu tökün, ocağı azaldın, şəkər tozu əriyib karamelə dönənədək bişirin.
Aradabir qarışdırın. Perqamentin üzərinə yayıb soyudun. Sonra tortun üzərini bəzəyin.

Bananlı-ananaslı tort resepti - FOTO RESEPT

Bananlı-ananaslı tort resepti - FOTO RESEPT

Bananlı-ananaslı tort resepti - FOTO RESEPT

Bananlı-ananaslı tort resepti - FOTO RESEPT

Bananlı-ananaslı tort resepti - FOTO RESEPT

Bananlı-ananaslı tort resepti - FOTO RESEPT

Bananlı-ananaslı tort resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, ananas, üzərinə, darçın, qarışdırın, çimdik, dəqiqə, araxis, bəzək, zövqə, bilər, qabartma, çalın, pudrası, Şəkər, qoyun, sonra, bilərsiniz, vanilli, bişirin
BİZİ İZLƏYİN