• Dondurmalı moruqlu tort resepti

Reseptin məlumatları Baxış sayı: 17 571

Tarix : 7-08-2016, 15:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
300 qram moruq sorbeti
300 qram vanilli dondurma
175 qram moruq (təzə və ya dondurulmuş)
100 qram ovulan peçenye
50 qram şəkər tozu

Hazırlanması:
Diametri 20 sm olan qaba yağlı kağız qoyun və qabı soyuducuya qoyun.
Dondurma və moruq şirəsini soyuducudan götürüb 5 dəqiqə saxlayın ki, yumşalsın.
Vanilli dondurmanı çalın və moruq meyvəsini əlavə edin.
Moruq şirəsini qaba tökün.
Üzərinə moruqlu dondurmanı əlavə edin və hamarlayın.
Üzərinə ovulmuş peçenye səpin.
Üstünü falqa ilə örtüb 3 saat buz dolabında saxlayın.
Donduqdan sonra dondurmalı moruqlu tortu buz dolabından götürün və üzü aşağı əyib nimçəyə qoyun. Moruq ilə bəzəyib üzərinə şəkər tozu səpin.

Nuş olsun!
Etiketlər: moruq, qoyun, səpin, dondurmanı, şəkər, peçenye, moruqlu, Üzərinə, Moruq, əlavə, şirəsini, saxlayın, çalın, meyvəsini, hamarlayın, tökün, Üstünü, ovulmuş, falqa, nimçəyə
BİZİ İZLƏYİN