• Tia Maria tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 561

Tarix : 22-08-2016, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
75 q un
30 q dənəvər qəhvə
3 yumurta
115 q şəkər tozu
1 limonun sedrası

:
175 q labne pendiri
1 x.q. bal
15 ml qəhvə likörü
50 q zəncəfil tozu

sous:
225 q şəkər pudrası
1 x.q. su
2 x.q. şəkərsiz bişirilmiş qəhvə

Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın.
20 m diametrli kənarı açılan formanın içini yağlayın.
Unla qəhvəni qarışdırın.
Yumurta ilə şəkər tozunu başqa qabda krem halına gələnədək mikserlə çalın. Unlu qarışığı az-az əlavə edib qarışdırın. Xəmiri formanın içinə tökün. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Bişib-bişmədiyini diş və ya kibrit çöpüylə yoxlayın.

Şəbəkənin üzərində soyudun.

Labne pendiri ilə balı qarışdırın. Likörlə zəncəfil əlavə edib yenə qarışdırın.

Soyumuş biskviti eninə iki yerə bölün (2 korj alınacaq).

Bir korjun üzərinə kremi çəkin. Digər korju üzərinə qoyun.

Şəkər pudrası, su və şəkərsiz bişirilmiş qəhvəni qarışdırın. Tortun üzərinə çəkin.

Tortun bir neçə saat soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: qarışdırın, şəkər, üzərinə, qəhvə, dərəcə, bişirilmiş, formanın, qəhvəni, şəkərsiz, Tortun, çəkin, əlavə, pendiri, zəncəfil, pudrası, biskviti, Labne, Likörlə, Soyumuş, soyudun
BİZİ İZLƏYİN