• Almalı Napoleon tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 868

Tarix : 4-09-2016, 16:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q qat-qat xımir
3 alma
200 q qatılaşdırılmış süd
12 q vanilli şəkər tozu
12 q darçın
2 x.q. su

Hazırlanması:
Krem: Almaları təmizləyib sürtgəcdən keçirin. Üzərinə su, vanilli şəkər tozu və darçın töküb vam odda bişirin. Yumşalıb püre halına gələn zaman hazır olacaq. Sonra qatılaşdırılmış südü əlavə edin. Daha 10 dəqiqə bişirin. Ocaqdan götürüb soyudun.

Hazır mayasız qat-qat xəmirin donunu açın (ya da bu reseptdən istifadə edərək özünüz hazırlayın). 2 yerə bölüb yayın. Hər biri formanın ölçüsündə olmalıdır. Hər birini 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Korjları elə doğrayın ki 4 bərabər kvadrat (yaxud düzbucaqlı) alınsın.

Artıqlarını xırdalayın.

Korjların üzərinə krem çəkin. Üst-üstə qoyun. Üstdəkinin üzərinə ovuntuq səpin. Tortu bir gecə soyuducuda saxlayın (daha çox da ola bilər).

Nuş olsun!
Etiketlər: bişirin, üzərinə, darçın, şəkər, vanilli, dəqiqə, qatılaşdırılmış, doğrayın, yaxud, düzbucaqlı, Korjları, kvadrat, bərabər, dərəcə, ölçüsündə, formanın, olmalıdır, birini, qızdırılmış, sobada
BİZİ İZLƏYİN