• Quş südü tortu resepti

Reseptin məlumatları Baxış sayı: 23 155

Tarix : 2-09-2017, 18:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Keks xəmiri:
6 yumurtanın sarısı
1/5 stəkan şəkər tozu
300 qram smetan
1 çay qaşığı soda
3 yemək qaşığı kakao
vanil
1 yemək qaşığı sirkə
200 qram əridilmiş yağ
un (nə qədər gedərsə - nə çox qatı olmalıdı, nə də çox boş)

Qlazurun hazırlanma qaydası:
3 xörək qaşığı kakao
100 qram şəkər tozu
6 xörək qaşığı su
50 qram yağ

Hazırlanması:
Qarışımı içi yağlanmış qaba tökün, 180 dərəcədə sobada bişirin.

Yumurtanın ağını tam ağarıb qatılaşana kimi mikserlə çalın. Sonra yavaş-yavaş şəkər tozunu içinə tökün və vanili əlavə edib, yenə qarışdırın. Hazır olandan sonra bişmiş keksin üstünə töküb, hər tərəfinə yayın. Sobaya qoyub ötürməmək şərti ilə hardasa 10 dəqiqə saxlayıb çıxarın.

Bu məmulatları vam odun üzərində qarışdırıb həll edin. 50 qram yağı içinə töküb əriyənə kimi qarışdırın. Çalışın qatı deyil, bal kimi olsun. Sonra bizeli keksin üstünə şəkildə göründüyü kimi qaşıqla tökün. Yenə sobaya qoyun. Bir neçə saatdan sonra kəsib yeyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, şəkər, tökün, qarışdırın, xörək, Sonra, içinə, kakao, yavaş, yemək, üstünə, qaydası, hazırlanma, sonra, töküb, keksin, dəqiqə, şərti, hardasa, yayın
BİZİ İZLƏYİN