• Abşeron tortu resepti

Reseptin məlumatları Baxış sayı: 27 297

Tarix : 29-01-2017, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel


Tərkibi:
Un-1,5st.
Yumurta-6 ədəd
Şəkər tozu-2 st.
Qabartma tozu-1 paket
Vanil
Qoz-1 stakan (üyüdülmüş)

Üstü üçün krem:
Kremşanti
1 st süd

İçi üçün krem:
1 banka qatlaşdırılmış süd
200 qr. kərə yağı

Hazırlanması:
Bir korj üçün - 2 yumurtanın sarısı ilə ağını ayırırıq. Ağları köpüklənənə kimi çalırıq. Üzərinə ¾ st. şəkər tozu töküb çalmağa davam edirik. Bezeyə bənzər kütlə alınacaq. Sonra 2 yumurta sarısını da tökürük və çalmağa davam edirik.
Ayrıca bir qabda unla qabartma tozu qarışdırılır. Üzərinə qoz tökülür və qarışdırılır. Sonra unlu-qozlu kütlədən 1 st. götürülür və yumurtalı kütləyə əlavə edilir, ehtiyatla qaşıqla qarışdırılır. Alınmış kütləni kərə yağı ilə yağlanmış formanın içinə tökürük və 180 dərəcədə 20 dəqiqə bişiririk. Birinci korj hazırdır və bu qayda ilə daha 2 korju bişiririk.
Bu zaman kremı edək, qatlaşdırılmış südü yağla çalaq. Korjları bir-bir qoyub, hər birinin üzərinə 3-4 x.q. krem çəkirik. Tortu bəzəmək üçün Krem şantıdan istifadə etdim, içinə biraz kakao qatdım. Üstünü kremlə bəzəyirik və 3-4 saat soyuducuda saxlayırıq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: qarışdırılır, edirik, çalmağa, Üzərinə, Sonra, tökürük, içinə, bişiririk, qatlaşdırılmış, davam, hazırdır, Birinci, bəzəyirik, qayda, kremlə, zaman, korju, soyuducuda, dəqiqə, kütləni
BİZİ İZLƏYİN