• Süd dilimi tortu resepti

Reseptin məlumatları Baxış sayı: 15 289

Tarix : 3-02-2017, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta
1,5 su stəkanı pudra şəkəri
1 su stəkanı duru yağ
1 su stəkanı qatıq
2 yemək qaşığı kakao
1 su stəkanı un
2 paket vanil
1 paket qabartma tozu

Kremi üçün:
1 paket mascarpone (labne)
2 paket toz krem şanti
1,5 yemək qaşığı bal
1 çay qaşığı limon suyu

Hazırlanması:
Bir qabın içinə yumurtaları, pudra şəkərini qoyuruq və köpürənə qədər 5 dəq çırpırıq.
İçərisinə qalan bütün ərzaqları əlavə edərək qarışdırırıq.
Yağlı kağız sərili soba qabına hazırladığımız qarışımı tökərək qabın hər tərəfinə yayırıq.
Isitdiyimiz 200 dərəcəlik sobada 10 dəq bişiririk.
Pişən keksi başqa bir yağlı kağızın üzərinə tərs çevirib, yağlı kağızı çıxartmadan əlimizlə üzərini düzəldirik.ikiyə bölüb soyumağa qoyuruq.

Kremi üçün;
Bir qabın içinə bütün ərzaqları qoyaq və blender ilə qatılaşana qədər çırpın, 1 saat soyducuda saxlayın.
Soyuyan keksin üzərinə kremi bərabər şəkildə yayın və digər keksi üzərinə örtüb, üzərinə yağlı kağız qoyub, əlimizlə yüngül basıb kremi keks ilə yapışdırırıq.
Soyuducuda 1 gecə saxladıqdan sonra kənarlarını incə kəsirik, hazırladığımız şirniyyatı dilimləyib servis edirik.

Nuş olsun!
Etiketlər: paket, stəkanı, üzərinə, qabın, yağlı, qaşığı, qədər, kağız, içinə, qoyuruq, ərzaqları, bütün, hazırladığımız, Kremi, əlimizlə, pudra, yemək, kremi, keksi, saxlayın
BİZİ İZLƏYİN