• Çiyələkli karamel tort resepti

Reseptin məlumatları Baxış sayı: 38 880

Tarix : 26-05-2014, 13:26

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 paket qızardılmış çörək (marketlərdə satılır)

Karamel sousu üçün:
1 su stəkanı toz şəkər
2 su stəkanı su

Kremi üçün:
4 su stəkanı süd
2 xörək qaşığı un
1 xörək qaşığı nişasta
1 ədəd yumurtanın sarısı
1 su stəkanı toz şəkər
1 paket vanil

Krem şantisi üçün:
1 paket krem şanti
1 su stəkanı süd

Bəzəmək üçün:
Yarım kiloqram çiyələk
Kifayət qədər təzə nanə yarpaqları

Hazırlanması:
Çiyələkli qızarmış çörək şirniyyatı hazırlamağa əvvəlcə karamel sousundan başlayın. Tavaya toz şəkəri tökün və zəif odda qoyun. Taxta qaşıqla ara-ara qarışdıraraq şəkərlərin rəngi dəyişənə qədər qovurun. Ardından yavaşca suyu şəkərlərin üzərinə əlavə edin və qaynamağa qoyun. Qaynamağa başladığında şəkərlər əriyər əriməz ocaqdan götürün. Qızardılmış çörəkləri şirniyyat qoyacağınız böyük servis qabına düzün və üzərinə isti karamel sousunu çömçə ilə gəzdirərək tökün. Arından bir qazanın içinə toz şəkər, süd, un, yumurta sarısı, nişastanı, vanili qoyun və yaxşıca mikserlə çırpın, ocağa qoyub qaynamağa qoyun. Bişən kremi də ocaqdan götürüb qızardılmış və az əvvəl islatmış olduğunuz çörəklərin üzərinə gəzdirərək tökün və soyumağa qoyun. Bu sırada krem şantini südlə bir qabın içinə alın və yaxşıca çırpıb soyuducuna qaldırın. Servis qabındakı qızardılmış çörəkləriniz soyuduğunda üzərinə krem şantini sürtün. Üzərinə bəzəmək üçün çiyələkləri ortadan ikiyə bölün və istədiyiniz şəkildə sıralayın. Çiyələk dilimlərinin aralarına təzə nanə yarpaqlarını da düzün. Tortumuz servisə hazırdır.

Nuş olsun!
Etiketlər: stəkanı, qoyun, üzərinə, şəkər, paket, tökün, qızardılmış, qaynamağa, şantini, qədər, gəzdirərək, şəkərlərin, yaxşıca, karamel, ocaqdan, içinə, düzün, çörək, xörək, qaşığı
BİZİ İZLƏYİN