• Şokoladlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 17 194

Tarix : 17-12-2016, 22:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
Tünd Şokolad 200q
Kərə yağı 200q
Şəkər tozu 1 stəkan
Un 1/4 stəkan
Yumurta 6 ədəd

Qlazur üçün:
Tünd şokolad 200q
Qaymaq(33% yağlı) 250ml

Hazırlanması:
Şokolad ilə kərər yağını orta hərarətdə əridirik. Yumurtanın sarısını ağındam ayırıb, sarısını şəkər tozu ilə birgə çalırıq. Bu qarəşımı şokoladlı qarışıma əlavə edirik. Unu əlavə edib, qarışımı yenidən qarışdırırıq. Yumurtanın ağını ayrı qabda 3-4 dəqiqə ərzində çalıb, qarışıma əlavə edirik. Alınan xəmiri yenidən qarışdırıb, öncədən yağlanmış bişirmə formasına tökürük. Sobanızı 180 dərəcəyə qədər qızdırıb, keksi 30 dəqiqə ərzində bişirin. Keks soyuyana qədər, tort üçün qlazuru hazırlayaq. Qaymaqla şokoladı qazana qoyub, orta hərarətdə qaynamasını gözləyin.
Hazır qlazuru keksivizin üzərinə süzün.

Nuş olsun!
Etiketlər: əlavə, qarışıma, qədər, sarısını, Yumurtanın, edirik, ərzində, dəqiqə, yenidən, hərarətdə, qlazuru, stəkan, Şokolad, Sobanızı, dərəcəyə, üzərinə, tökürük, süzün, öncədən, yağlanmış
BİZİ İZLƏYİN