• Şokoladlı meyvəli tort resepti

Reseptin məlumatları Baxış sayı: 19 663

Tarix : 21-12-2016, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Biskvit üçün:
Yumurta 4 ədəd
Un 1,5 st.
Kakao 2 х.q.
Şəkər tozu 1 st.
Qabartma tozu 1 ç.q.
Vanilin şəkəri 10q

Krem üçün:
Qaymaq(30-35%yağlı) 500ml
Şəkər pudrası 100q
Vanilin şəkəri 10q

İçlik üçün:
Gilə meyvə 500q

Qlazur üçün:
Şokolad 180q
Süd 2 x.q.

Hazırlanması:
Yumurtaları şəkər tozu və vanilin şəkəri ilə birləşdirib mikser vasitəsi ilə yüksək sürətdə çalırıq. Un, kakao qabartma tozunu birləşdirib, yumurtalı qarışıma əlavə edirik. Alınam kütləni 3-4 dəqiqə çalmağa davam edirik. Öncədən yağlanmış biskvit üçün formaya hazırladığımız xəmiri boşaldırıq. Sobanı 180 dərəcəyə qədər isidib, biskviti 30 dəqiqə ərzində bişiririk. Hazır biskvit soyuyana qədər, kremimizi hazırlayaq. Qaymağı şəkər pudrası və vanilin şəkəri ilə birləşdirib, mikser vasitəsi ilə yüksək sürətdə 8-10 dəqiqə çalırıq. Krem hazırdı. Biskviti 2 bərabər qatlara bölürük. Birinci qatın üzərinə krem yayıb, gilə meyvələri üzərinə düzürük. Beləcə tortumuzu "yığırıq". Qlazur üçün şokolad və südü bir qazana qoyub, orta odda əridirik. Tortun üzərinə qlazuru süzürük. Torta zövqünüzə görə gilə meyvələr ilə bəzək verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkəri, üzərinə, birləşdirib, dəqiqə, sürətdə, çalırıq, Qlazur, şəkər, vanilin, biskvit, vasitəsi, mikser, pudrası, qədər, Şəkər, edirik, yüksək, Vanilin, qatın, Birinci
BİZİ İZLƏYİN