• Şokoladlı bananlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 20 563

Tarix : 23-12-2016, 16:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Biskvit üçün:
6 yumurta
2stəkan un
2stəkan şəkər tozu
5q qabartma tozu
5q vanilin şəkəri

Hazırlanması:
Biskviti hazırlamağımız üçün ilk öncə yumurtaları şəkər tozu ilə birləşdirib, üzərinə vanilin şəkəri əlavə edib, 3-4 dəqiqə ərzində mikserin vasitəsi ilə çalırıq. Alınan qarışıma un və qabartma tozunu əlavə edib, yenidən 3-4 dəqiqə ərzində kütləni çalırıq.
Öncədən yağlanmış bişirmə formamıza hazırladığımız xəmiri boşaldırıq. Sobanı 180 dərəcəyə qədər isidib, biskvitimizi 40 dəqiqə ərzində bişiririk. Hazır biskviti sobadan çıxardığımızdan sonra soyumasını gözləyirik. Bu zaman ərzində tort üçün kremimizi hazırlaya bilərik.
Krem üçün 400q tünd şokoladı əridin. 2 stəkan qaymağı(30-33% yağlı) mikser vasitəsi ilə 5 dəqiqə ərzində çalın. Daha sonra üzərinə əridilmiş şokoladı əlavə edib, qarışım krem halına gələnə kimi çalmağa davam edin.
Soyumuş biskvitimizi 3 eyni ölçülü qatlara bölürük. Hər bir qatın üzərinə kremimizi yayırıq. Bananı nazik hissərə doğrayıb, kremli qatın üzərinə düzürük. Bu şəkildə tortumuzu "yığmağa" başlayırıq. Hazır tortun üzərinə zövqünüzə görə banan və əridilmiş şokolad ilə bəzək verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, ərzində, dəqiqə, əlavə, vasitəsi, çalırıq, Hazır, qatın, əridilmiş, şokoladı, kremimizi, biskvitimizi, sonra, vanilin, qabartma, 2stəkan, şəkəri, şəkər, ölçülü, Soyumuş
BİZİ İZLƏYİN