• Mandarinli tort resepti

Reseptin məlumatları Baxış sayı: 14 595

Tarix : 24-12-2016, 16:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Biskvit üçün:
Kərə yağı 100q
Un 1,5 stəkan
Yumurta 4 ədəd
Kakao tozu 1 ç.q.
Şəkər tozu 1 stəkan
Qabartma tozu 10q

Krem üçün:
Manna yarması 3 x.q.
Süd 0,5litr
Şəkər tozu 1 stəkan
Kərə yağı 200q
İçlik üçün:
Mandarin 4-5 ədəd
Kokos qırıntıları 3 x.q.

Hazırlanması:
Biskviti hazırlamaq üçün ilk öncə yumşaq kərə yağını və yumurtaları şəkər tozu ilə birləşdirib, mikser vasitəsi ilə 2-3 dəqiqə ərzində yaxşıca çalın. Başqa bir qabda un, kakao və qabartma tozunu birləşdirin. Daha sonra bu quru kütləni çalınmış yumurtalı kütləyə əlavə edin. Xəmiri yaxşıca qarışdırın. Biskviti bişirəcəyiniz qabının dibini yağlayın. Daha sonra qaba hazırladığınız xəmiri boşaldın. Biskvit 180 dərəcəyə qədər isidilmiş sobada 30-40 dəqiqə ərzində hazır olur. Biskvit hazır olana qədər tort üçün kremi hazırlayaq. Bunun üçün kiçik qazana süd, şəkər tozu və manna yarmasını yerləşdirin. Bu kütləni kiçik alovda, daimi qarışdıraraq qaynadın. Kütlə qaynadıqdan sonra, qazanın altını söndürün və kütlənin tam soyumasını gözləyin. Soyumuş kütləyə yumşaq kərə yağını əlavə edib, mikser vasitəsi ilə 3 dəqiqə ərzində yüksək sürətdə çalın. Kremimiz hazırdır.
Soyumuş biskvitimizi 3 eyni ölçülü qatlara bölürük. Hər bir qatın üzərinə kremimizi yayırıq. Mandarinin hər dilimini 2 hissəyə doğrayıb, kremli qatın uzərinə yerləşdirin. Bu şəkildə tortumuzu "yığmağa" başlayın.
Hazır tortun üzərinə kremin qalan hissəsini yayın və üzərinə kokos qırıntılarını səpin. Mandarin dilimləri ilə torta bəzək verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: ərzində, üzərinə, Biskvit, dəqiqə, sonra, stəkan, çalın, yaxşıca, mikser, kiçik, vasitəsi, hazır, əlavə, qatın, kütləyə, kütləni, qədər, şəkər, Şəkər, Soyumuş
BİZİ İZLƏYİN