• Həzz tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 876

Tarix : 6-01-2017, 14:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
3 yumurta
150 şəkər tozu
150 q un

krem:
250 q 33-35%-li qaymaq
250 q maskarpone
150 q şəkər tozu

dondurulmuş gilənar

0,5-1 st. gilənar kompotu
100 q şokolad

Hazırlanması:
Yumurtaları şəkər tozu ilə 5-7 dəqiqə mikserlə çalın.

Unu əlavə edib qarışdırın (duru xəmir alınacaq).

Yağlanmış formaya tökün.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Korja gilənar kompotu hopdurun.

Gilənarın donunu açın, dənəsi varsa, çıxarın, korjun üzərinə düzün.

Krem üçün qaymağı şəkər tozu ilə çalın. Maskarpone qatıb qarışdırın.

Kremi gilənarın üzərindən bərabər qaydada yayın.

Şokoladı sürtgəcin xırda gözündən keçirərək tortun üzərinə səpin.

Soyuducuda 3-4 saat saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, gilənar, dəqiqə, çalın, xəmir, üzərinə, kompotu, qarışdırın, Maskarpone, qatıb, Kremi, gilənarın, qaymağı, Soyuducuda, korjun, saxlayın, düzün, üzərindən, bərabər, səpin
BİZİ İZLƏYİN