• Pani Valevska tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 724

Tarix : 11-01-2017, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 st. şəkər tozu
1 yumurta
300 q kərə yağı
2 x.q. bal
2 x.q. xama
2 st. un
1 ç.q. soda
20 q limon sedrası
10 yumurtanın ağı
10 yumurtanın sarısı
1 st. süd
1 st. qoz
10 q vanilli şəkər

Hazırlanması:
Korjları hazırlamaq üçün yumurtanı 1 st. şəkər tozu və 100 q kərə yağı ilə çalın. Bal, xama, soda və limon sedrası əlavə edib qarışdırın. Ələnmiş un qatın. Qatı xəmir alınacaq.

Formanı yağlayıb perqament döşəyin. Xəmirin 1/3-ni tökün. Üzərini isladılmış qaşıqla hamarlayın. 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Bu qayda ilə 3 korj bişirin.

Beze: 10 yumurtanın ağını möhkəm soyudun, sonra isə köpüklənincə çalın. 2 st. şəkər tozu əlavə edib bir daha, qatı köpük alınanadək çalın. Yəni qabı tərsinə çevirəndə beze axıb tökülməməlidir. Formaya yayıb 150 dərəcədə 15-17 dəqiqə bişirin. Dərəcəni 100-dək azaldıb sobanın ağzını azacıq aralayın, daha bir saat bişirin.

Krem: 1 st. südü 1 st. şəkər tozu ilə qarışdırıb qızdırın, amma qaynatmayın. 10 yumurtanın sarısını çalıb qızdırılmış qarışığa əlavə edin, bu zaman çalmağı dayandırmayın. Qatılaşanda ocaqdan götürün.

Kremi soyudub 200 q kərə yağı, vanilli şəkər əlavə edərək çalın. Bir az qoz qatın.

Bezeni əlinizlə xırdalayın.

Korj + krem + beze qaydası ilə üst-üstə düzün. Üzərinə qoz səpin. Bir neçə saat soyuducuda saxlayın.

Üzərini başqa cür də bəzəyə bilərsiniz. Məsələn, qlazur hazırlayıb çəkmək olar.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, yumurtanın, bişirin, çalın, qatın, dəqiqə, qızdırılmış, Üzərini, vanilli, limon, sedrası, zaman, qarışığa, çalmağı, Qatılaşanda, ocaqdan, çalıb, dayandırmayın, sarısını
BİZİ İZLƏYİN