• Çiyələkli Yeni il tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 592

Tarix : 29-12-2017, 22:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ülviyyə Zeynalova


Tərkibi:
Keks:
5 yumurta
1 st seker
2 x q su
1 st un
birnece damci vanil esansı

Sirop keksi islatmaq ucun:
Y st su
Y st seker

Krem:
400 ml tort üçün qaymaq(slivka)
1 paket şanti
1 banka squsenka

Çiyələkli içlik:
1 ç q nişasta
yarım st su
yarım st şəkər
200 g teze Çiyələk

Hazırlanması:
Keksin hazırlanmasını xanımlar həmişə videolu istəyirdilər və kabartmasız necə şişdiyini bilmək istəyirdilər.Keksin hazırlanmasını çox paylaşdığım üçün sizinlə ilk dəfə hazırladığım kremin hazırlanmasını paylaşıram.Əslində kremə şanti əlavə etməyəcəkdim sadəcə duru alındığı üçün şanti ilə dad və bərklik əldə etdim.Tort üçün qaymağı bərkiyənə kimi qarışdırın mikserlə,sonra squşenkanı əlavə edin.Duru alınsa şantini əlavə edin.Qoyun soyuducuya.Çiyələkləri 4-5 hissəyə bölüb doğrayın ,su və şəkərlə birlikdə qaynadın 2-3 dq qaynamağa başlayan kimi nişastanı əlavə edin.Elə olmalıdır ki,çiyələklərin rəngi və dadı itməsin.Əgər təzə çiyələk tapmasanız marketlərdən donmuş alıb,da istifadə edə bilərsiniz.Digərləri isə videoda qeyd olunub.

Nuş olsun!
BİZİ İZLƏYİN