• Üç görüş tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 717

Tarix : 11-02-2017, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
1,5 su stəkanı şəkər
1,5 su stəkanı xama
1,5 su stəkanı un
½ su stəkanı xaş-xaş
½ su stəkanı kişmiş
1 paket qabartma tozu
½ su stəkanı qoz ləpəsi
200 qram 30%-li qaymaq
175 qram kərə yağı
1 banka bişmiş süd

Hazırlanması:
Kişmişi yuyun, qurudun.
1 korju hazırlamaq üçün 1 yumurta, 05 su stəkanı şəkər, 05, su stəklanı xama, 0,5 su stəkanı un, bir az qabartma, doğranmış qoz növbə ilə mikserlə çalın.
Sobanı 180-200 dərəcə qızdırın.
Yumru formada olan soba qabını yağlayın və hər korju 20-25 dəqiqə sobada bişirin.
Korjlar bişənə qədər krem hazırlayın.
Qaymağı mikserlə çalın, üzərinə yumşalmış yağ və bişmiş südü əlavə edib qarışdıırın.
Hazır korjları növbə ilə 1-ci qozlu, 2-ci xaş-xaşlı, 3-cü kişmişlini kremləyin və bir birinin üstünə qoyun.
Üstünü istəyinizə görə sürtgəcdən keçirilmiş şokolad və kakosla bəzəyə bilərsiniz.
Sərin yerdə bir neşə saat saxlayın.

Nuş olsun!
Etiketlər: stəkanı, növbə, yumurta, bişmiş, korju, mikserlə, qabartma, şəkər, çalın, xaşlı, kişmişlini, kremləyin, birinin, Hazır, yumşalmış, üzərinə, əlavə, qarışdıırın, korjları, üstünə
BİZİ İZLƏYİN