• Pryanikli şokoladlı-bananlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 12 389

Tarix : 12-02-2017, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram şokoladlı pryanik
500 qram xama
3 banan
¼ su stəkanı şəkər
Şokolad zövqə görə
4 xörək q. kakao

Hazırlanması:
Şokoladlı pryanikləri 3 yerə bölün.
Krem hazırlayın.
Xama, kakao, şəkəri mikserlə şəkər tam həll olana qədər çalın.
Bananların qabığını təmizləyin və halqa formasında doğrayın.
Tort hazırlayacağınız qaba pryanikləri 1 qat yığın.
Boşluqları pryanik ovuntuları ilə doldurun.
Üzərinə krem çəkin və banan düzün.
Yenə krem çəkin və bu prosesi pryanik qurtaranacan təkrarlayın.
Sonda üzərinə şokoladı sürtgəcdən keçirib səpin.
Soyuducuda 24 saat saxlayın.

Nuş olsun!
Etiketlər: pryanik, pryanikləri, kakao, çəkin, şəkər, banan, prosesi, Üzərinə, düzün, ovuntuları, yığın, Boşluqları, qurtaranacan, doldurun, şokoladı, səpin, Soyuducuda, saxlayın, keçirib, sürtgəcdən
BİZİ İZLƏYİN