• Yeni il tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 921

Tarix : 31-08-2017, 18:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yumurta
1 su stəkanı şəkər
1 çimdik duz
100 qram xama
2 su stəkanı un
Yarım paçka qabartma tozu
1 paçka vanil

Krem üçün:
200 qram xama
1 su stəkanı şəkər
100 qram kəsmik
1 paçka südlü şokolad

Bəzək üçün:
rəngli konfet

Hazırlanması:
Xəmiri hazırlamaq üçün yumurtanı şəkər və duz ilə mikserlə çalın.
Üzərinə 100 qram xama və qabartma ilə qarışdırılmış unu, vanili əlavə edin.
Qatı xəmir alınmalıdır.
Onu iki hissəyə bölün və yolka formalı selikon qaba tökün.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada qızılı rəng alana qədər bişiririn.
Kremi hazırlamaq üçün şəkər, xama və kəsmiyi qarışdırın.
Şokoladı əridib xəmirin üzərinə çəkin və sonra kremləyin.
O biri xəmiri də bu qayda ilə kremləyib bir-birinin üstünə qoyun.
Üstünü rəngli konfetlər ilə bəzəyə bilərsiniz.
1-2 saat soyuducuda saxlayın.
Soyuduqdan sonra yeni il tortu servisə hazırdır.

Nuş olsun!
Etiketlər: şəkər, paçka, stəkanı, sonra, hazırlamaq, qabartma, rəngli, xəmirin, üzərinə, çəkin, kremləyin, xəmiri, qarışdırın, bişiririn, qədər, Kremi, kəsmiyi, Şokoladı, qayda, əridib
BİZİ İZLƏYİN