• Xamalı kremlə bananlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 21 540

Tarix : 18-02-2017, 17:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yumurta
1 su stəkanı qatıq
3 su stəkanı un
1 çay q. qabartma tozu
400 qram 35%-li xama
3 su stəkanı şəkər
3 ədəd banan

Hazırlanması:
Xəmiri hazırlamaq üçün yumurta ilə 2 stəkan şəkəri çalın, üzərinə qatıq, qabartma tozu ilə qarışdırılmış unu əlavə edin.
Soba qabını yağlayın.
Xəmiri soba qabına tökün.
Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
Korj soyuduqdan sonra onu 3 hissəyə bölün.
Krem hazırlamaq üçün xamanı 1 stəkan şəkərlə çalın.
Bananların qabığını təmizləyib halda formasında doğrayın.
Tortun alt qatına banan düzüb üstünə krem çəkin.
Üç korju da belə təkrarlayın.
1 saat soyuducuda saxlayın.
Üzərinə sürtgəcdən keçirilmiş şokolad səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, hazırlamaq, çalın, yumurta, Xəmiri, stəkan, banan, qabartma, qatıq, doğrayın, Tortun, düzüb, qatına, halda, qabığını, üstünə, təmizləyib, formasında, saxlayın, sürtgəcdən
BİZİ İZLƏYİN