• Asan Sevgililər Günü tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 793

Tarix : 13-02-2017, 15:30

Bölmə : Tort reseptləri / Foto reseptlər / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Keksi üçün:
4 yumurta
1 stəkan şəkər
1 stəkan un
1 vanil
1 qabartma tozu
3 qaşıq duru yağ
3 qaşıq qaynar su
kakao
 
Üzərinə:
Çiyələkli krem şanti

Hazırlanması:
Yumruta və şəkəri mikserlə köpürdün. Duru yağ və 3 qaşıq qaynar su əlavə edib yaxşıca çırpın. Un, kakao, vanil və qabartma tozunu da əlavə edib qarışdırın. Kərəyağı ilə yağladığınız kvadrat keks qəlibinə boşaldın. 170 dərəcəlik sobada 20-25 dəqiqə qədər bişirin.
 
Oxşar vəsaitlərlə bir keks daha edib onu yumru keks qəlibinə töküb bişirin. İki keks də olduqdan sonra yumru olanı ortadan ikiyə kəsib şəkildəki kimi boşqaba yerləşdirin. Üzərinə çiyələkli krem şanti sürüb istədiyiniz kimi bəzəyin.

Asan Sevgililər Günü tortu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qaşıq, kakao, şanti, yumru, əlavə, qəlibinə, qaynar, Üzərinə, qabartma, bişirin, vanil, stəkan, ortadan, olanı, sonra, olduqdan, vəsaitlərlə, töküb, Oxşar, yerləşdirin
BİZİ İZLƏYİN