• Kofeli, qara gavalılı bize tortu resepti

Reseptin məlumatları Baxış sayı: 13 421

Tarix : 19-02-2017, 16:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 xörək q. qarğıdalı və ya kartof nişastası
50 qram tumsuz quru xurma
50 qram tumsuz qara gavalı qurusu
50 qram qoz
1 xörək q. kakao tozu
1 çay q. alma sirkəsi
220 qram şəkər
5 yumurta ağı

Krem:
150 qram kərə yağı
100 qram şəkər tozu
2 xörək q. dəmlənmiş kofe
3 xörək q. konyak

Hazırlanması:
Qoz, xurma qurusu və qara gavalını xırda ölçüdə doğrayın.
Yumurta ağını sirkə ilə bir qabda mikserlə yaxşı çalın.
Hissə-hissə şəkər əlavə edərək çalmağa davam edin.
Kakao tozu, nişasta, qoz və doğranmış quru meyvələri beze xəmrinə əlavə edin.
Soba qabına yağlı kağız qoyun və beze xəmirini iki hissəyə bölün, əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 140 dərəcə temperaturda 1 saat bişirin.
Kremi hazırlamaq üçün qeyd olunmuş ərzaqları mikserlə çalın.
Soyumuş korjun üzərinə krem çəkin, digərini üzərinə qoyun və əlinizlə yavaşca bizeni bərkidin.
Krem ancaq korjların ortasına çəkilir.
1-2 saat soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: xörək, şəkər, mikserlə, üzərinə, əlavə, qoyun, qurusu, tumsuz, çalın, xurma, hazırlamaq, bişirin, Kremi, temperaturda, dərəcəli, xəmirini, bölün, əvvəlcədən, isidilmiş, sobada
BİZİ İZLƏYİN