• İtaliyansayağı limonlu Mareqata tort resepti

Reseptin məlumatları Baxış sayı: 12 718

Tarix : 19-02-2017, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qram şəkər
250 qram kərə yağı
50 qram limon şirəsi
2 xörək q. sürtgəcdən keçirilmiş limon qabığı
250 qram un
1 pakek qabatrma tozu
4 yumurta

Sirop:
1 limon
4 xörək q. şəkər

Krem:
4 yumurta sarısı
4 xörək q. şəkər
500 qram süd
1 çay q. vanil
250 qram maskarpone pendiri
1 xörək q. nişasta

Üzərinə:
Hazır beze

Hazırlanması:
Biskviti hazırlamaq üçün yumurtanı şəkərlə çalın.
Üzərinə yumşalmış kərə yağı limon şirəsi və sürtgəcdən keçirilmiş limon qabığı əlavə edin.
Başqa qabda una qabartma tozu qatıb qarışığın üzərinə əlavə edin.
Kreməoxşar xəmir alınmalıdır.
Soba qabına yağlı kağız qoyun. (təxminən 26 sm ölçülü)
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.
Bişməyini taxta çubuq ilə yoxlayın.
Hazır olduqda 15 dəqiqə soyumasını gözləyin və biskviti qabdan çıxardın.
Kremi hazırlamaq üçün südü odda isidin.
Başqa qabda yumurta sarısını şəkər və vanil ilə çalın, 1 xörək q. nişasta əlavə edin və qarışdırın.
Bu qarışığı südə əlavə edin, yaxşı qarışdırın və odda qarışdıra-qarışdıra bərkiyənə qədər bişirin. Qaynamamalıdır.
Başqa qabda maskarpone pedirini yumşaldıb üzərinə soyumuş südlü qarışığı əlavə edin.
Kreminiz hazırdır.
Siropu hazırlamaq üçün bir qabda lomunun şirəsini sıxın şəkər əlavə edin və odda şəkər həll olanadək qarışdırın.
Kənara soyumağa qoyun.
Biskviti ortadan 2 bərabər hissəyə bölün.
Alt korju siropla yaxşı isladıb kremin yarısını çəkin.
Ikinci korju üstünə qoyub qalan kremi tortun üstünə və kənarlarına çəkin.
Büzeni əllə xırda hissələrə bölüb tortun üstünə səpin.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, xörək, limon, qabda, yumurta, hazırlamaq, qarışdırın, üstünə, Başqa, çalın, dəqiqə, üzərinə, bişirin, korju, qoyun, çəkin, Biskviti, tortun, qarışdıra
BİZİ İZLƏYİN