• Bişmiş südlü, kremli bilinçikli tort resepti

Reseptin məlumatları Baxış sayı: 16 536

Tarix : 20-02-2017, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 litr süd
2 xörək q. şəkər
3 yumurta
4 xörək q. duru yağ
1 çimdik duz
400 qram un
1 çay q. çay sodası

Krem:
1 banka bişmiş süd
30 qram kərə yağı
100 qram xama

Hazırlanması:
Yumurtanı şəkər və duz ilə ağaranadək çalın.
Südü əlavə edin və qarışdırın və hissə-hissə unu əlavə edin.
Sonda duru yağ və sodanı əlavə edin və kənara qoyun ki, özünü tutsun.
Kremi hazırlayın.
Bunun üçün bişmiş südlə kərə yağını çalın və xamanı əlavə edib qarışdırın.
Kremi soyuducuya qoyun.
Bliniləri hazırlamaq üçün tavanı odda isidin, duru yağ ilə yağlayın.
Bir qaşıq xəmirdən tavaya tökün yayın və iki tərəfli bişirin.
Bu qayda ilə bliniləri hazırlayın.
Kremi soyuducudan götürün və bliniləri kremliyib üst-üstə düzün.
Öz zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, Kremi, xörək, çalın, qarışdırın, bişmiş, bliniləri, şəkər, qoyun, hazırlayın, hissə, yayın, tökün, yağlayın, qaşıq, xəmirdən, tavaya, tərəfli, soyuducudan, zövqünüzə
BİZİ İZLƏYİN