• Qarışqa yuvası tortu resepti

Reseptin məlumatları Baxış sayı: 17 100

Tarix : 23-02-2017, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qram kərə yağı
0,5 su stəkanı şəkər
4 su stəkanı un
0,5 su stəkanı xama
1 paket qabartma tozu

Krem:
100 qram kərə yağı
1 banka bişmiş qatılaşdırılmış süd

Hazırlanması:
200 qram kərə yağını yumşaldıb şəkərlə çalın.
Bu qarışığa xama əlavə edin.
Qabartma tozunu una qatın və xəmirə əlavə edin.
Xəmir bərk formada alınmalıdır.
Soba qabına yağlı kağız qoyun.
Xəmiri ət çəkən maşından çəkib soba qabına qoyun.
Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada qızılı rəng alana qədər bişirin.
Qalan kərə yağı ilə bişmiş qatılaşdırılmış südü çalıb krem hazırlayın.
Bişmiş xəmir soyuduqdan sonra onu əllə xırda hissəciklərə bölüb iri bir qaba qoyun.
Üzərinə kremi əlavə edib yaxşı qarışdırın.
Kremli xəmiri dağ formasında qarışqa yuvası formasında tort qabına yığın.
Yanlarını qaşıqla bərkidə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qoyun, qabına, stəkanı, formasında, qatılaşdırılmış, bişmiş, xırda, sonra, soyuduqdan, xəmir, hazırlayın, bişirin, qədər, Qalan, çalıb, hissəciklərə, Bişmiş, kremi, yığın
BİZİ İZLƏYİN