• Çəhrayı qartopu tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 913

Tarix : 18-08-2014, 00:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

6 x.q. kakao
6 x.q. qaynar su
1,5 st. un
0,5 ç.q. soda
0,5 ç.q. qabartma tozu
0,5 ç.q. duz
165 q kərə yağı
220 q şəkər tozu
2 yumurta
2 ç.q. vanil
110 q xama

İç və qlazur:
450 q marşmellou krem (çeynənən zefir)
450 q kərə yağı
1 st. şəkər pudrası
200 q kokos yonqarı
qida boyası və ya mürəbbə

Hazırlanması:
Sobanı 140 dərəcəyədək qızdırın.

İçində biskviti bişirəcəyiniz girdə, odadavamlı qabın içinə yağ çəkin, un səpin.

Kakaonu qaynar su ilə çalın. Başqa bir qabda un, soda, qabartma tozu və duzu qarışdırın. Yağ və şəkər tozunu bir qazançaya qoyun, ocağın üstündə tam əriyənədək qarışdırın. Ocaqdan götürüb mikser qabının içinə töküb çalın. Kütlə içinə yumurta qırdıqda onu bişirməyəcək temperaturadək soyumalıdır.

Soyuyanda yumurta və su ilə qarışdırdığınız kakaonu əlavə edin, eynicinsli kütlə alınanadək çalın. Mikserin sürətini azaldın, un qarışığını xama ilə növbələyərək iki dəfəyə, tədricən əlavə edin.

Xəmiri hazırladığınız qaba tökün və 60-70 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. Bişəndən sonra tam soyudun.

Korjun ortasında stəkanın ağzı diametrində çuxur açın, içi içinə doldurun.

İç və qlazur: marşmellounu mikrodalğalı sobaya qoyub əridin. Kərə yağını möhkəm çalın. Ərimiş marşmellounu əlavə edin. Yaxşı çaldıqdan sonra bu kremdən 1 stəkan götürüb korjun ortasında açdığınız çuxura doldurun. Üzərini içindən çıxardığınız korjdan "qapaq" kəsərək qapayın.

Yerdə qalan kremə şəkər pudrası əlavə edin, qarışdırın, çəhrayı qida boyası vurub yenə çalın. Tortun üzərinə qalın qat bu kremdən çəkin. Kokos yonqarını çəhrayı qida boyası ilə qarışdırıb kremin üzərinə çəkin.

Nuş olsun!

Çəhrayı qartopu tortu resepti - FOTO RESEPT

Çəhrayı qartopu tortu resepti - FOTO RESEPT

Çəhrayı qartopu tortu resepti - FOTO RESEPT

Çəhrayı qartopu tortu resepti - FOTO RESEPT

Çəhrayı qartopu tortu resepti - FOTO RESEPT

Çəhrayı qartopu tortu resepti - FOTO RESEPT

Çəhrayı qartopu tortu resepti - FOTO RESEPT

Etiketlər: çalın, əlavə, içinə, şəkər, qarışdırın, çəkin, yumurta, boyası, çəhrayı, pudrası, götürüb, qlazur, marşmellounu, kremdən, ortasında, üzərinə, qaynar, qabartma, doldurun, sonra
BİZİ İZLƏYİN