• İstiotlu şokoladlı kremlə tort resepti

Reseptin məlumatları Baxış sayı: 12 470

Tarix : 28-03-2017, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
80 q tünd şokolad
1,5 st. təzə dəmlənmiş qəhvə
3 st. şəkər tozu
2,5 st. un
1,5 st. kakao tozu
2 ç.q. soda
0,75 ç.q. qabartma tozu
1,25 ç.q. duz
3 iri yumurta
0,75 st. bitki yağı
1,5 st. yağsız qatıq
0,75 ç.q. vanil cövhəri

krem:
550 q kərə yağı
450 q şəkər pudrası
0,25 st. yağlı qaymaq
1 ç.q. vanil cövhəri
1 ç.q. darçın
1 ç.q. üyüdülmüş çili istiotu
0,5 ç.q. üyüdülmüş kayen istiotu
140 q tünd şokolad
140 q ağ şokolad

Hazırlanması:
Biskvit:
Sobanı 150 dərəcə qızdırın. Diametri 25 sm olan iki formanı yağlayın. Perqamentdən dairə kəsib formalara yerləşdirin, yağlayın.

Şokoladı xırdalayıb təzə dəmlənmiş qəhvəyə qatın, əriyənədək qarışdırın.

Bir qabda şəkər tozu, kakao, un, soda, qabartma tozu və duzu qarışdırın.

Başqa qabda yumurtaları limon rəngi alanadək çalın. Tədricən bitki yağı, qatıq, vanil, şokoladlı qəhvə əlavə edərək yaxşıca çalın. Sonra quru qarışığı tədricən əlavə edərək mikserin aşağı sürətində eynicinsli kütlə alınanadək çalın.

Xəmiri hazırladığınız formalara töküb bişirin. Təxminən 60-70 dəqiqə gərək olacaq. İlk 25 dəqiqə sobanın qapağını açmayın. Sonra isə taxta çöplə bişib-bişmədiyini yoxlaya bilərsiniz.

Bişdikdən sonra korjları elə formada şəbəkənin üzərinə qoyub azca soyudun. Bıçaqla korju formanın kənarından ayırın, şəbəkənin üzərinə çevirin, perqamenti soyun. Korjları tam soyudun.

Krem:
Şokoladı əridib soyudun.

Yağı mikserlə qabarınca çalın. Şəkər pudrası əlavə edib mikserin orta sürətində qarışdırın. Sonra mikserin sürətini artırıb böl köpük alınanadək çalın. Yenə sürəti azaldıb qaymaq və ədviyyatı qatın, qarışdırın, əridilib soyumuş şokoladı əlavə edin, 3 dəqiqə çalın.

Korjları ortadan bölün (4 korj alınacaq). Arasına krem çəkməklə üst-üstə yığın. Üzəri və kənarına da krem çəkin. Kremin artığını qənnadı şprisinə doldurub tortun üzərini bəzəyin. Darçın da səpə bilərsiniz. Ən az yarım saat soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: çalın, qarışdırın, əlavə, vanil, Sonra, mikserin, dəqiqə, soyudun, şokolad, şəkər, qatın, formalara, Şokoladı, edərək, sürətində, bilərsiniz, şəbəkənin, üzərinə, Korjları, alınanadək
BİZİ İZLƏYİN