• Badamlı Abşeron tortu resepti

Reseptin məlumatları Baxış sayı: 27 587

Tarix : 14-08-2014, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

0,5 st. əla növ buğda unu
5 yumurta
3/4 st. şəkər tozu
0,5 q vanil
200 q badam

Krem:
2 x.q. kakao
200 q kərə yağı
8 x.q. qatılaşdırılmış süd
0,05 q konyak

Hazırlanması:
Badamı qovurub təmizləyib döyün. Ələnmiş unla qarışdırın.

Yumurta ağını şəkər tozu ilə çalın. Un və badam qarışığına əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın. Perqament döşənmiş formalara töküb 3 korj bişirin.

Yumşaldılmış yağı qatılaşdırılmış südlə, konyak və vanil əlavə etməklə çalın.

Korjlar soyuyandan sonra aralarına krem çəkərək üst-üstə yığın. Tortun yanlarına badam səpin. Üstünə şokoladla xətlər çəkib, güllə bəzəyin, kənarına kremdən haşiyələr vurun.

Nuş olsun!
Etiketlər: badam, çalın, konyak, qarışdırın, əlavə, qatılaşdırılmış, vanil, şəkər, yanlarına, Korjlar, etməklə, səpin, Tortun, çəkərək, sonra, soyuyandan, aralarına, yığın, xətlər, kremdən
BİZİ İZLƏYİN