Tərkibi:1 korj üçün (3 korj gərəkdir):
1 yumurta
0,5 st. şəkər tozu
0,5 st. xama
0,5 st. un
1 x.q. nişasta
0,5 ç.q. söndürülmüş soda
Əlavə:0,5 st. döyülmüş qoz
0,5 st. kişmiş
0,5 st. xaş-xaş (və ya 2-3 ç.q. kakao)
(bunun əvəzinə hər bir korja ayrılıqda 0,5 st. qoz, 0,5 st. doğranmış ərik qurusu, 0,5 limonun sedrasını vura bilərsiniz)
Krem:0,5 kq kəsmik
250 qara gavalılı yoqurtu
10 qara gavalı
Hazırlanması:Yumurtanı şəkər tozu ilə çalın.
Xamanı əlavə edib çalın.
Nişasta əlavə edib çalın.
Unu və sirkədə söndürülmüş sodanı əlavə edib qarışdırın.
Qozu, kişmişi və xaş-xaşı əlavə edib qarışdırın (yaxud da özünüz sevdiyiniz digər əlavəni).
Hər bir korju 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.
Krem: Kəsmiyi yoqurtla çalın. Çox şirin xoşlayırsınızsa, azca şəkər tozu da əlavə edə bilərsiniz.
Doğranmış qara gavalı əlavə edin.
Korjların arasına krem çəkib üst-üstə düzün.
Tortun yanlarına və üstünə krem çəkin. Üzərini zövqünüzə görə bəzəyin.
Nuş olsun!
Etiketlər: əlavə, çalın, şəkər, gavalı, qarışdırın, söndürülmüş, bilərsiniz, Hazır, olmadığını, yoxlayın, kibrit, dəqiqə, korju, əlavəni, dərəcə, qızdırılmış, Kəsmiyi, sobada, bişirin, şirin