• Ərikli xamalı tort resepti

Reseptin məlumatları Baxış sayı: 3 894

Tarix : 10-06-2017, 19:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 qram konservləşdirilmiş və ya təzə qaysı
200 qram 25%-li xama
100 qram qəhvəyi şəkər
2 yumurta
100 qram şəkər
300 qram un
1 yumurta sarısı
120 qram marqarin
1 çimdik duz

Hazırlanması:
Xəmiri hazırlamaq üçün 250 qram unu şəkər, marqarin və duzu qarışdırın.
Xəmir ovulan formada alınmalıdır.
Sonra yumurta sarısını əlavə edin və qarışdırın və 3-4 xörək q. su qatın.
Xəmirin üzərinə qida kağızı örtüb soyuducuya 30-35 dəqiqə bərkiməyə qoyun.
Xamalı kremi hazırlayın.
Bir qabda yumurtanı mikserlə yaxşı çalın, xama, qəhvəyi şəkər və 1 xörək q. un əlavə edin. Krem hazırdır.
Əgər əriklər konservləşdirilmişdirsə, onların süzgəcdən suyunu süzün.
Əgər təzə ərikdirlərsə onda qabıq və tumunu təmizləyib 4 hissəyə bölün.
Soba qabına yağlı kağız qoyun.
Xəmiri unlayaraq oxlovla qaba elə yayın ki, qabın divarlarını da tutsun.
Üzərinə ərikləri düzüb kremi əlavə edin.
Əvvəlcədən 190 dərəcə isidilmiş sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, yumurta, qarışdırın, qoyun, dəqiqə, kremi, Xəmiri, xörək, marqarin, qəhvəyi, hissəyə, bişirin, bölün, sobada, qabına, təmizləyib, suyunu, süzgəcdən, süzün
BİZİ İZLƏYİN