• Armudlu boranı şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 078

Tarix : 16-09-2014, 14:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 q təmizlənmiş boranı
1 armud (çərdəyi çıxarılmış)
zeytun yağı
1 orta boy soğan
1 razyana kökü
1 kərəviz budağı
2 diş sarımsaq
1,5 ç.q. çin qarışığı (şüyüd, cirə, mixək, darçın, biyan)
2 fincan toyuq bulyonu
1 portağalın şirəsi
xama
boranı tumu (üstünə)
sürtgəcdən keçirilmiş pendir

Hazırlanması:
Boranı və armudu kubik doğrayıb zeytun yağında 10 dəqiqə, boranı yumşalanacan qovurun. Azca su əlavə edə bilərsiniz.
Armudlu boranı şorbası resepti - FOTO RESEPT


Dərin, dibi qalın tavada 1 x.q. zeytun yağını qızdırıb soğanı 5 dəqiqə qovurun, doğranmış razyana kökü, kərəviz kökü, əzilmiş sarımsaq və duz əlavə edin.
Armudlu boranı şorbası resepti - FOTO RESEPT


Qarışdıraraq 5-8 dəqiqə, yumşalanadək qovurun (qızartmayın). Çin qarışığını, duz, istiot və boranı ilə armudu əlavə edin. Bulyon və portağal şirəsi tökün, vam odda 15 dəqiqə bişirin.
Armudlu boranı şorbası resepti - FOTO RESEPT


Şorbanı blenderdə xırdalayın. Duz-istiotunu yoxlayın. Boşqablara çəkin. 1 x.q. xama qoyun, sürtgəcdən keçirilmiş pendir və boranı tumları səpin. (Boranı tumlarını sobada quruda, yaxud tavada qovura bilərsiniz).
Armudlu boranı şorbası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: boranı, dəqiqə, əlavə, zeytun, qovurun, pendir, keçirilmiş, Boranı, armudu, tavada, bilərsiniz, şirəsi, sürtgəcdən, razyana, sarımsaq, kərəviz, Bulyon, istiot, portağal, tökün
BİZİ İZLƏYİN