• Badımcan şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 241

Tarix : 28-09-2014, 11:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
2 iri pomidor
2 iri badımcan
2 x.q. zeytun yağı
1 orta boy soğan
4 diş sarımsaq
1 ç.q. kəklikotu
1 l toyuq bulyonu
60 ml 20-30%-li qaymaq
100 q feta
duz
istiot

Hazırlanması:
Pomidor və badımcanları yarı bölüb siniyə düzün. Üzərinə zeytun yağı çəkib, duz, istiot səpin.
Badımcan şorbası resepti - FOTO RESEPT


Sinini 200 dərəcə qızdırılmış sobaya qoyun, tərəvəzləri 40 dəqiqə bişirin.

Soğanı yarımhalqa, sarımsağı xırda doğrayın.

Tavada 1 x.q. bitki yağında soğanla sarımsağı qarışdıra-qarışdıra 4-5 dəqiqə qovurun.

Sobadakı tərəvəzləri çıxarıb qabığını soyun.
Badımcan şorbası resepti - FOTO RESEPT


Tavadakı soğan-sarımsağa əlavə edin, bulyon, kəklikotu, lazım gələrsə, duz əlavə edin. Qaynara düşəndə qapağını örtün, ocağı azaldıb 20 dəqiqə bişirin.
Badımcan şorbası resepti - FOTO RESEPT


Dərin qaba tökün (əgər qazanda bişirmisinizsə, başqa qaba boşaltmağa gərək yoxdur). Qaymaq əlavə edib blender vasitəsilə xırdalayın.
Badımcan şorbası resepti - FOTO RESEPT


Duzunu yoxlayın, azdırsa, əlavə edin.

Boşqablara çəkin, üzərinə xırdalanmış feta pendiri səpin.
Badımcan şorbası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, tərəvəzləri, səpin, bişirin, sarımsağı, istiot, qarışdıra, kəklikotu, soğan, zeytun, Dərin, tökün, qazanda, başqa, bişirmisinizsə, azaldıb, örtün, lazım, bulyon
BİZİ İZLƏYİN