• Klassik tarator şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15 033

Tarix : 25-02-2016, 23:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri / Praktik reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tarator - Bolqariya və Makedoniyada məşhur yay şorbasıdır. Onun tərkibi şirin olmayan yağlı qatıq (Bolqariyada ona «kiselo mlyako» - turş süd deyirlər), xiyar, sarımsaq, qoz, şüyüd, bitki yağı (əsasən zeytun), su, duz, ədviyyatdan ibarət olur.
Bolqarlar qatığı hərdən sirkə qatılmış su, xiyarı isə kahı ilə əvəz edirlər. Çox zaman taratorla süfrəyə doğranmış buz da verirlər.
Tarator Türkiyə və Albaniyada da populyardır. Albanlar qoz, şüyüd və sudan istifadə etmirlər.

Tərkibi:
0,5 st. qoz ləpəsi
6-8 budaq şüyüd
500 ml qatıq
100 ml bitki yağı
duz
4 diş sarımsaq
4 təzə xiyar

Hazırlaması:
Xiyarı yuyub qurudun, uclarını kəsin, jülyen doğrayın, düz səpin, şirəsi çıxsın.

Sarımsağı təmizləyib qozun yarısı ilə birlikdə həvəngdəstədə eynicinsli kütlə alınınca döyün.
Qatığı mikserlə 4 dəqiqə çalın. Qozla sarımsaq qarışığını və yağı əlavə edib çalın. Qozun qalanını bıçaqla doğrayın, əlavə edin. Xiyarı şirəsi ilə birlikdə, xırda doğranmış şüyüd, duz əlavə edib qarışdırın.

Əgər şorba çox qatı alınarsa, soyuq qaynanmış su əlavə edin.

Nuş olsun!
Etiketlər: şüyüd, əlavə, sarımsaq, Xiyarı, şirəsi, çalın, xiyar, doğranmış, bitki, qatıq, Tarator, doğrayın, birlikdə, həvəngdəstədə, yarısı, təmizləyib, qozun, Sarımsağı, jülyen, kəsin
BİZİ İZLƏYİN